http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı

07 Sentyabr 2023 , 09:03
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı

“Dünyanın 27 ölkəsindən olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya başladıb. Kampaniya yeni elan olunmasına baxmayaq, ciddi rezonans və dəstək qazanıb, artıq dünyanın müxtəlif ölkələrindən müraciətə qoşulan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 500-ü keçib.

"Operativ Media" xəbər verir ki, “Jotform” beynəlxalq platformasında yerləşdirilən müraciətdə Laçın yolunun guya bağlı olması barədə yayılmış dezinformasiyaların, bu istiqamətdə aparılan qərəzli kampaniyaların Cənubi Qafqazda sülh quruculuğu prosesinə zərbə vurduğu bildirilir, bundan dərin narahatlıq ifadə edilir.

Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə tövsiyə edilir ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymasınlar, Ağdam-Xankəndi yolu sülh üçün açılsın.

Müraciətə qoşulanlar hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirməyi bacarmalıdır. Təəssüf hissi ilə qeyd edilir ki, Qızıl Aypara Cəmiyyətinin yardım gətirən yük maşınları yaradılan süni maneə nəticəsində Xankəndi istiqamətində hərəkətinə davam edə bilmir. Kampaniya feyk məlumatlar əsasında guya Qarabağda yaşayan erməni sakinlərin “humanitar böhran”la üzləşməsi barədə Azərbaycan dövlətinin ünvanına saxta ittihamlar irəli sürənləri də qınayır və onları reallıqları görməyə çağırır.

Ermənistanın Laçın yolu ətrafında saxta təbliğatını ifşa edən və reinteqrasiyanı alqışlayan bu müraciətə qoşulmaq istəyən xarici QHT təmsilçiləri onlayn formada bu keçid vasitəsilə bəyanatı imzalamaqla dəstəyini ifadə edir:

https://form.jotform.com/232422927546459

Kampaniyanın sosial media səhifələri də yaradılıb:

X: https://x.com/wforcaucasus

Instaqram: https://www.instagram.com/worldforpeaceincaucasus/

Teleqram: https://t.me/worldforpeaceincaucasus.

 

OXŞAR XƏBƏRLƏR
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Azərbaycan XİN Türkmənistanı təbrik edib

Azərbaycan XİN Türkmənistanı təbrik edib

Davitaşvili : Gürcüstan hakimiyyəti qonşu ölkələrlə dost münasibətlər qurmağa çalışır

Davitaşvili : Gürcüstan hakimiyyəti qonşu ölkələrlə dost münasibətlər qurmağa çalışır

XƏBƏR LENTİ
  • 17:23

    Aktrisa Meqqi Smit 89 yaşında vəfat edib
  • 17:20

    Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib
  • 17:19

    FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq sertifikata layiq görülüb
  • 17:16

    Məhkəmə xarici şirkətin Azərbaycandakı filialı ilə bağlı cərimə qərarını açıqlayıb
  • 17:02

    MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq
  • 16:40

    "Aztelekom” genişzolaqlı internet tarifləri ilə bağlı əsas suallara aydınlıq gətirib
  • 16:30

    Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
  • 16:27

    Azərbaycan XİN Türkmənistanı təbrik edib
Menyu