Çin XİN: “Rusiyanın beynəlxalq platformalarda iştirakını dəstəkləyirik”

Nərmin Qocamanlı
Çin XİN: “Rusiyanın beynəlxalq platformalarda iştirakını dəstəkləyirik”

Çin Rusiyanın G20 sammitindən uzaqlaşdırılmasının əleyhinədir.


Bunu Çinin xarici işlər naziri Van İ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.


“Biz Rusiyanın G20 və digər beynəlxalq platformalarda olmasını dəstəkləyirik. Rusiyanın belə platformalarda iştirak hüququnu əlindən almağa haqqımız yoxdur”, - deyə nazir bildirib.


Xatırladaq ki, İndoneziyanın Bali adasında keçirilən G20 sammiti çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

Digər xəbərlər