Ermənistan XİN: Ermənistanın Azərbaycandan heç bir ərazi tələbi yoxdur
Redaksiya
"Ermənistan hərbi eskalasiyada maraqlı deyil, indiyə qədər cavabsız qalan bu cür riskləri istisna etmək üçün keçmişdə mexanizmlər təklif etmişdi və indi də təklif edir və digər effektiv mexanizmlərin tətbiqini də müzakirə etməyə hazırdır".
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Ermənistan Azərbaycanla sülh və münasibətlərin tənzimlənməsi sazişi layihəsi üzərində işin başa çatdırılması və mümkün qədər tez imzalanması üçün fəal səylərini davam etdirməyə hazırdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edir.
Teqlər:
"Erm\u0259nistan X\u0130N: Erm\u0259nistan\u0131n Az\u0259rbaycandan he\u00e7 bir \u0259razi t\u0259l\u0259bi yoxdur"