http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ceyhun Bayramov ABŞ rəsmisi ilə telefon danışığı aparıb

07 Sentyabr 2023 , 20:41
Ceyhun Bayramov ABŞ rəsmisi ilə telefon danışığı aparıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub.

Bu barədə "Operativ Media"ya Azərbaycan XİN-dən məlumat verilib.

C.Bayramov bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təxribatlarının, vəziyyəti təhrif edən manipulyasiyalarının artması fonunda bu ölkənin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən propaqandasının reallıqları əks etdirmədiyini diqqətə çatdırıb.

Bölgədə guya “çətin humanitar vəziyyət” və “blokada”nın mövcudluğu ilə bağlı əsassız iddialar bəhanəsi ilə ölkəmizin daxili işlərinə, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası səylərinə müdaxilələrin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə erməni sakinlərə yüklərin daşınması, buna paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi barədə əldə edilmiş razılıqların Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən son anda pozulmasının yaranmış vəziyyətin humanitar deyil siyasi manipulyasiya olduğunu göstərdiyi bildirilib.

Post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində yaranmış tarixi şansın əldən verilməməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi dəstəkləyən bəyanatlarının kəskin pislənməsi və qınanmasının zəruriliyi vurğulanıb.

Ermənistan tərəfinin sülh prosesini təhdid altında qoyan bəyanat və addımlarına baxmayaraq, normallaşma gündəliyinin irəli aparılmasında qərarlı olduğumuz, lakin bu mövqeyimizə sadiqliyimizin, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn hər hansı təhdidin qarşısını almaq hüququmuza xələl gətirmədiyi diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır

Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır

Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

XƏBƏR LENTİ
  • 19:25

    Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölənlər var - YENİLƏNİB
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
  • 19:19

    Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib
  • 19:15

    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
  • 19:02

    Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib
  • 18:39

    Netanyahu BMT tribunasından Tehranı hədələyib
  • 18:34

    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
  • 18:29

    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
Menyu