http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Fövqəladə hallar naziri TDT Baş katibi ilə görüşüb

08 Sentyabr 2023 , 15:41
Fövqəladə hallar naziri TDT Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev ilə görüşüb.

"Operativ Media" Nazirliyə istinadən xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonağı səmimiyyətlə salamlayan nazir K.Heydərov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin ölkəmizə səfərinin və bu səfər çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin təşkilat çərçivəsində fövqəladə hallarla mübarizə üzrə əlaqələrin dərinləşməsinə təkan verəcəyinə əminliyini bildirib.

Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması mexanizmlərinin daim təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanıldığını qeyd edən nazir, bu kontekstdə TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsinin aktual əhəmiyyət kəsb etdiyini deyib. Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılmasının təşkilata üzv və müşahidəçi ölkələrdə fövqəladə hallarla mübarizənin daha etibarlı səviyyədə təşkil olunmasına şərait yaradacağı vurğulanıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib, təşkilata üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının əhəmiyyətini vurğulayıb. Qonaq təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının qüvvələrinin iştirakı ilə uğurla keçirilmiş beynəlxalq təlimin türk ölkələri arasında fövqəladə hallarla mübarizədə birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanların müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinə əhəmiyyətli töhvə verəcəyinə əmin olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

XƏBƏR LENTİ
  • 21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
  • 21:05

    Lavrov suriyalı həmkarı ilə görüşüb
  • 20:59

    Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi
  • 20:43

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB
  • 20:10

    İsrail ordusu Livanın paytaxtı Beyruta aviazərbələr endirib - VİDEO
  • 19:50

    DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib
    DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib
  • 19:33

    Bakının üç rayonunda qaz kəsiləcək
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
Menyu