http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bolqarıstanla gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

08 Sentyabr 2023 , 16:08
Bolqarıstanla gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının əmək və sosial siyasət nazirinin müavini Desislava Stoyanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda son illər aparılan sosial islahatların nailiyyətləri, DOST konsepsiyası, ölkəmizdə icra olunan sosial müdafiə və aktiv əmək bazarı proqramları barədə məlumat verib. Sosial sahədə elektron xidmətlərin geniş tətbiqi sahəsində əldə olunan uğurları qeyd edib.  

Azərbaycan və Bolqarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Əlaqələrin əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etdiyi bildirilib. Son illərdə imzalanan əməkdaşlıq sənədlərinin bu əlaqələrin genişlənməsində önəmi diqqətə çatdırılıb. 

D.Stoyanova iki ölkənin münasibətlərinin inkişaf etməsindən məmnunluq ifadə edib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını, islahatlar prosesində fəal təcrübə mübadilələrinin qarşılıqlı əhəmiyyətini vurğulayıb.

Görüşdə gələcək sosial əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

XƏBƏR LENTİ
  • 21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
  • 21:05

    Lavrov suriyalı həmkarı ilə görüşüb
  • 20:59

    Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi
  • 20:43

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB
  • 20:10

    İsrail ordusu Livanın paytaxtı Beyruta aviazərbələr endirib - VİDEO
  • 19:50

    DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib
    DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib
  • 19:33

    Bakının üç rayonunda qaz kəsiləcək
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
Menyu