15 Noyabr 2022, 13:19
Bayden Ərdoğana təşəkkür edib

ABŞ Prezidenti Bayden Rusiya ilə Ukrayna arasında taxıl dəhlizindəki problemin həlli və daşınmaların bərpasını təmin etmək üçün göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Bayden G20 zirvəsi çərçivəsində Ərdoğanla görüşü zamanı bildirib.
Həmçinin Bayden Türkiyənin İsveçin NATO-ya üzvlük prosesində mühüm rol oynadığını qeyd edib.
Bayden İstiqlal prospektində baş verən partlayışda həyatını itirənlərlə bağlı Ərdoğana başsağlığı verib.