Menyu

Bütün ermənilərin katolikosu erməniləri mübarizəyə çağırıb

Bütün ermənilərin katolikosu erməniləri mübarizəyə çağırıb

Sentyabrın 8-də Bütün Ermənilərin İkinci Ali Patriarxı və Katolikosu Qaregin, "Artsax" Yeparxiyasının rəhbərinin müşayiəti ilə Eçmiədzində Qarabağdan olan 35-ə yaxın gənci qəbul edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə NEWS.am məlumat yayıb.

Görüşdə gənc ermənilər bildiriblər ki, onlar müxtəlif təşəbbüslərlə çıxış edirlər, məqsədləri erməni və beynəlxalq ictimaiyyətin diqqətini Qarabağda yaranmış "humanitar fəlakət və təhlükəsizlik problemləri"nə cəlb etməkdir.

Sonra bütün ermənilərin katolikosu gənclərə qondarma dövlətin üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə göstərdikləri səylərə və cəsarətli ruha görə minnətdarlığını bildirib.

Katolikos gəncləri "sarsılmaz iradə ilə" Qarabağ ermənilərin "azad, müstəqil və təhlükəsiz yaşamaq" hüququ uğrunda mübarizələrini davam etdirməyə çağırıb.

Bütün Ermənilərin Patriarxı əmin olduğunu bildirib ki, erməni xalqının övladları "Allahın köməkliyi və beynəlxalq ictimaiyyətin dəstəyi ilə" üzləşdikləri bütün sınaqlardan çıxa biləcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər