15 Noyabr 2022, 14:37
Ərdoğan rəsmi Ankaraya dəstək verən ölkələrə təşəkkür edib
Ərdoğan rəsmi Ankaraya dəstək verən ölkələrə təşəkkür edib şəkil
Ərdoğan rəsmi Ankaraya dəstək verən ölkələrə təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

"Operativ Media" xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

“İstiqlal prospektində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, - o bildirib.

Ərdoğanın paylaşımında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin, Ukrayna, İsrail və başqa ölkələrin bayraqları əksini tapıb.

 

Son xəbərlər
Azərbaycan çempionatında bütün finalçılar bəlli oldu
Əhməd Davudoğlu Qəzzanın Türkiyəyə birləşdirilməsini təklif edib
NATO Müdafiə nazirləri Brüsseldə görüşəcək
Ukrayna Antiterror Mərkəzinin rəhbəri saxlanılıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib
Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib
Putin Əhməd əl-Şaraa ilə telefonla danışıb