09 Sentyabr 2023, 17:37
G20 ölkələri bu silah növündən istifadənin yolverilməzliyini bəyan edib
G20 ölkələri bu silah növündən istifadənin yolverilməzliyini bəyan edib şəkil
G20 ölkələri bu silah növündən istifadənin yolverilməzliyini bəyan edib

“Böyük iyirmilik” (G20) ölkələrinin liderləri nüvə silahından istifadəyə və ya onunla əlaqədar müvafiq təhdidlərə qarşıdırlar.

"Operativ Media" xəbər verir ki, bu barədə Hindistanda keçirilən görüşün yekun bəyannaməsində qeyd edilir.

“BMT Nizamnaməsinə uyğun olaraq, bütün dövlətlər ərazi əldə etmək üçün güc tətbiqindən, nüvə silahından istifadə və ya onun istifadəsi ilə bağlı hədələrdən çəkinməlidirlər”, - sənəddə deyilir.

Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.

Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib