09 Sentyabr 2023, 20:32
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi erməni provokasiyalarını pisləyən bəyanat yayıb
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi erməni provokasiyalarını pisləyən bəyanat yayıb şəkil
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi erməni provokasiyalarını pisləyən bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin İdarə heyətinin sədri Elçin Əsgərov son zamanlar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi provokasiya aktlarını pisləyən bəyanatla çıxış edib.

"Operativ Media" xəbər verir ki, bəyanatda Azərbaycanın Qarabağ ərazisində Ermənistan tərəfindən dəstəklənən qondarma rejimin “seçiklərin”in keçirilməsi kəskin pislənilir və beynəlxalq hüququn normalarının pozulması kimi dəyərləndirilir.

Ermənistan davamlı olaraq Qarabağda separatçı rejimə dəstək göstərməklə regionda sülhün və erməni əhalisinin Azərbaycana reinteqrasiya olunması prosesinə mane olur və bu səbəbdən İƏGF Avrasiya Regional Mərkəzi Qarabağ ərazisindən Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinin çıxarılmasını tələb edir.

Bəyanatda, o cümlədən Ermənistanı dərhal Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn qeyri-qanuni fəaliyyətlərə son qoymağa və regionda sülh prosesinin əldə edilməsi üçün Azərbaycanla diplomatik münasibətlərin qurulması prosesində iştirak etməyə çağırış öz əksini tapıb.

İƏGF Avrasiya Regional Mərkəzi idarə heyətinin sədri eləcə də İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələrinə müraciət edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü qeyri-qanuni fəaliyyətləri pisləməyə çağırıb.

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib