10 Sentyabr 2023, 10:07
Qaramyan: Ermənistan hakimiyyəti Qarabağ ermənilərinə xəyanət edir
Qaramyan: Ermənistan hakimiyyəti Qarabağ ermənilərinə xəyanət edir şəkil
Qaramyan: Ermənistan hakimiyyəti Qarabağ ermənilərinə xəyanət edir

"Ermənistan hakimiyyətinin son dövrdə Qarabağda yaranmış dərin daxili siyasi böhrana və onun nəticəsində baş verən proseslərə ictimai reaksiya verməməsini, eləcə də hökumətyönlü qüvvələrin və tərəfdarlarının ictimai "haraylarını" nəzərə alaraq gedən proseslərlə bağlı deyə bilərik ki, bu, Paşinyan iqtidarının Qarabağa xəyanəti kimi qələmə verilə bilər". 

"Operativ Media" xəbər verir ki, bu barədə qondarma rejimin "Təhlükəsizlik Şurası"nın keçmiş katibi Arşavir Qaramyan öz "Facebook" səhifəsində yazıb.

"Qarabağda daxili siyasi böhranın qismən həllindən və "Qarabağ Respublikasının Prezidenti" seçildikdən sonra Ermənistan hakimiyyətinin sükutu, hökumətyönlü və Nikolyönlü dairələrin daha yüksək, iyrənc səslə "ulamaları" Qarabağa və yeni seçilmiş prezidentə "hörmət" və "dəstək" kimi təsvir edilə bilər”, - o yazıb.

Qeyd edək ki, dünən Samvel Şahramanyan qondarma rejimin yeni "prezidenti" seçilib, lakin indiyə qədər Ermənistan hakimiyyəti onu təbrik etməyib.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər