10 Sentyabr 2023, 10:25
Pakistan və Britaniya Qarabağdakı qeyri-qanuni seçkiləri tanımır
Pakistan və Britaniya Qarabağdakı qeyri-qanuni seçkiləri tanımır şəkil
Pakistan və Britaniya Qarabağdakı qeyri-qanuni seçkiləri tanımır

Pakistan və Böyük Britaniyanın diplomatik orqanları Azərbaycanın Qarabağ bölgəsində separatçıların təşkil etdiyi "seçkiləri" tanımırlar. 

"Operativ Media" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) və Britaniyanın Azərbaycandakı səfiri açıqlamalar veriblər. 

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir . Qondarma rejimin "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Bu, həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - Pakistan XİN qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld isə "X"də paylaşım edib:

"Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik".

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib