10 Sentyabr 2023, 10:55
Qərbi Azərbaycan İcması Argentina Prezidentinə cavab verib
Qərbi Azərbaycan İcması Argentina Prezidentinə cavab verib şəkil
Qərbi Azərbaycan İcması Argentina Prezidentinə cavab verib

Qərbi Azərbaycan İcması Argentina Prezidentinin sentyabrın 9-da səsləndirdiyi qərəzli fikirləri kəskin şəkildə pisləyib.

Bu barədə "Operativ Media"ya İcmadan bildirilib.

“Hiss olunur ki, Argentina Prezidenti ya məsələnin mahiyyətindən xəbərsizdir, ya da erməni diasporunun və ya son vaxtlar “parlamaqda” olan Luis Okampo, Xuan Mendez kimi azərbaycanofob həmvətənlərinin təsiri altında dini təəssübkeşlikdən çıxış edir”, - icmadan bildirilib.

Qərbi Azərbaycan İcması Argentinanı beynəlxalq hüquqa hörmət etməyə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə ikili standartlar prizmasından yanaşmamağa çağırıb.

“Hesab edirik ki, Argentina Prezidenti başqa ölkənin daxili işlərinə kobud müdaxilə etməkdənsə, diqqətini öz ölkəsinin ağır sosial-iqtisadi problemlərinin həllinə yönəltməlidir”, - İcmada qeyd edilib.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər