15 Noyabr 2022, 15:41
Mixail Mişustin Azərbaycana gələcək
Mixail Mişustin Azərbaycana gələcək şəkil
Mixail Mişustin Azərbaycana gələcək

Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Respublikası və Rusiya Federasiyasının Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.

Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.

Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.

Forumda Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, həmçinin hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər