15 Noyabr 2022, 15:39
İlham Əliyev: Ermənistan BMT-nin qətnamələrinə heç vaxt məhəl qoymayıb

"Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi cinayətdir, Azərbaycan ərazisində qanunsuz məskunlaşmadır. 67 məsciddən 65-i dağıdılmışdı və onlar orada heyvan saxlayırdılar. Bunlar Azərbaycan xalqının hisslərini incidir".
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti ilə mətbuat konfransı zamanı bildirib.
"Siz BMT-nin qətnamələrinə istinad etdiniz. Deməliyəm ki, 27 ildir ki, təsdiq olunub, amma icra olunmayıb. Ermənistan onları heç vaxt həyata keçirməyib, əslində onlara məhəl qoymayıb və beynəlxalq ictimaiyyət buna sadəcə olaraq göz yumub. Bizim tələblərimizə baxmayaraq, Ermənistana qarşı heç bir sanksiyalar tətbiq edilməyib"-dövlət başçısı qeyd edib.