10 Sentyabr 2023, 15:25
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə bölgədəki vəziyyətlə bağlı telefonla danışıb - YENİLƏNİB
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə bölgədəki vəziyyətlə bağlı telefonla danışıb - YENİLƏNİB şəkil
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə bölgədəki vəziyyətlə bağlı telefonla danışıb - YENİLƏNİB

Sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında dövlət başçıları regional məsələləri, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

*** 14:35

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı Rəcəb Tayyib Ərdoğanın 18-ci G20 Liderlər Zirvəsi üçün Hindistanın paytaxtı Yeni Dehlidə olarkən baş tutub.

"Operativ Media" xəbər verir ki, telefon danışığı zamanı iki lider regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələr də müzakirə olunub.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər