10 Sentyabr 2023, 15:07
Fuad Nəcəfli təmas xəttindəki vəziyyətlə maraqlanıb
Fuad Nəcəfli təmas xəttindəki vəziyyətlə maraqlanıb şəkil
Fuad Nəcəfli təmas xəttindəki vəziyyətlə maraqlanıb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 9-da Əlahiddə Ümumqoşun Ordu Qərargahına gələrək Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində yaranmış gərginliklə bağlı qarşı tərəfin təxribat xarakterli fəaliyyətləri nəticəsində atəşkəs rejiminin pozulması halları və görülmüş tədbirlərlə maraqlanıb.

"Operativ Media" xəbər verir ki, Fuad Nəcəfli, həmçinin ordu qərargahında Əlahiddə Ümumqoşun Orduda ziyarətdə olan Türkiyənin ASELSAN şirkətinin Genel Müdiri Ahmet Akyolu ilə görüşüb.

Görüş zamanı birgə fəaliyyət və mövcud layihələr haqqında məlumat verilib, gələcəkdə əməkdaşlığın inkişafı və daha da genişəndirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər