Sabah Ərdoğan və Paşinyan arasında telefon danışığı olacaq
Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefon danışığı aparacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Ərdoğan G-20 sammiti çərçivəsində mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, ermənilərin Qarabağda atdığı addımlar qəbuledilməzdir.
“Şarl Mişellə görüşümüzdə onun da bu məsələyə mənfi yanaşdığını gördüm. Sabahkı danışığım zamanı Paşinyana xəbərdarlıq edəcəm. Belə seçkinin qəbul edilə bilinməyəcəyini deyəcəm. Dost Qərb ölkələri bu seçkiləri qəbul etmir”, - Türkiyə lideri vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net