http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qarabağda ərzaq böhranı pərdəsi altında gedən proseslər...

10 Sentyabr 2023 , 21:14
Qarabağda ərzaq böhranı pərdəsi altında gedən proseslər...

TIR yüklərin beynəlxalq daşınması haqqında Konvensiya beynəlxalq avtomobil daşımalarının inzibati rəsmi məsələrini sadələşdirmək və uyğunlaşdırmaq üçün 14 noyabr 1975-ci ildə Cenevrədə bağlanmış çoxtərəfli müqavilədir.  Amma bu indi başqa məqsədlər üçün istifadə olunur. TIR tırlığdan çıxıb. Rusiya Qırmızı Xaç Komitəsinə məxsus TIR-ın Ağdam-Xankəndi yoluna istiqamətlənməsi və oraya çatması, daha sonra Qarabağdakı ermənilərin bunu qəbul etməməsi humanitar problemin əslində mahiyyətinin başqa olduğunu göstərdi.

Azərbaycan tərəfi də ermənilərin iddia etdiyi humanitar yardımın həlli üçün Qızıl Xaç Cəmiyyətinin iştirakı ilə Ağdam–Xankəndi yoluna TIR-ları göndərib. Onlar da oradadır. Ölkə ərazisinə isə digər ölkələrdən humanitar yardım üçün maşınların gəlməsi təmin edilir, bunu bütün ölkələr kimi,  Azərbaycan da edir. Rus nömrəli TIR humanitar yüklə Azərbaycan sərhədini rəsmi prosedurlardan keçərək ölkə ərazisinı gəlib. Bundan əvvəl Azərbaycan tərəfi bu TIR məsələsini gündəmə gətirən Ermənistanın TIR-larında olan humanitar yüklərin də ölkə ərazisinə buraxılacağını demişdi. Burada qeyri-adi heç nə yoxdu. Yol olaraq Ağdam-Xankəndi göstərilmişdi. Fransanın Qarabağ ermənilərinə humanitar yüklərin çatdırılması da bu qayda ilə ola bilərdi. Amma bir daha aydın oldu ki, dərd humanitar böhran deyil, ərzaq böhranı pərdəsi altında proseslərdir. 

Proseslər onu göstərdi ki, Qarabağ ermənilərinin ərzaq hay küyünə Ermənistan, Azərbaycan, Fransa və Rusiya yardım etmək istəyir. Amma bundan kim istifadə edir?

Məsələn, Qarabağ erməniləri ərzağı qida borularına Laçın yolu ilə aparmaq istəyir. Bu istək isə vaxt aparır. Artıq TIR məsələsi günlərlə, həftələrlə davam etdikcə mahiyyəti aydınlaşır.

Necə olur ki, Rus sülhməramlılarından "həftə 8, mən 9" humanitar yük alan Qarabağ erməniləri indi yükü qəbul etmədi? 

Çox uzağa getməyək, 2020-ci ilə müharibəsindən sonra məktəb, bağça və ya Qarabağın müxtəlif məkanlarında erməni əhalisinə Rusiyadan gələn ərzaq, yuyucu maddələr, oyuncaqları paylayan rus sülhməramlıları idi. Bunun üçün mərasimlər təşkil edilirdi. İndi niyə Rusiyadan gələn yükü ermənilər qəbul etmir? Onu qəbul edən və etdirən də rus sülhməramlısıdır axı. Çünki Qarabağ ermənisi Rus sülhməramlılarının əhatəsində yaşayır. Son qondarma "prezident seçkisi"ni də rus sülhmərmalısına arxayın olub keçirir. Bilir ki, onun təhlükəsizliyini təmin edən edənlər var. 

Bu baxımdan TIR adlı humanitar böhran məsələsi tir olub bir hədəfə istiqamətlənib ki, Azərbaycan Qarabağ ermənilərinin yaşadığı əraziləri öz nəzarəti altına almasında maneə yaradılsın, ərazi rus sülhməramlılarının nəzarəti zonasında qalsın. Amma bu istək məncə istək olaraq da qalacaq. Çünki məsələni həll ütmək üçün Azərbaycan tərəfi bütün maneələri aşmaq və öz hədəfinə çatmaq əzmini artırır.

Samir Cabbarov – Operativ Media

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Belarus XİN rəhbərləri arasında görüş keçirilir

Azərbaycan və Belarus XİN rəhbərləri arasında görüş keçirilir

Energetika naziri Gürcüstana səfər edib

Energetika naziri Gürcüstana səfər edib

Moskva Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli işçi qrupunun işini bərpa etməyi zəruri hesab edir

Moskva Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli işçi qrupunun işini bərpa etməyi zəruri hesab edir

XƏBƏR LENTİ
  • 13:18

    İndoneziyada daşqın nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb
  • 13:10

    Makron Yeni Kaledoniyadakı mitinqlərlə əlaqədar təcili iclas keçirəcək
  • 12:52

    Ədliyyə Nazirliyində yeni təyinat olub
  • 12:41

    İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib
  • 12:36

    “Temu”dan necə sifariş vermək olar?
  • 12:32

    Azərbaycan və Belarus XİN rəhbərləri arasında görüş keçirilir
  • 12:24

    Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
  • 12:20

    Sabah hava necə olacaq?
Menyu