Menyu

Kərim Vəliyev Türkiyəyə səfər edib - YENİLƏNİB

Nərmin Qocamanlı
Kərim Vəliyev Türkiyəyə səfər edib - YENİLƏNİB

Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvətilə qardaş ölkəyə səfəri çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri keçiriləcək. Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

***

11:59

Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə rəsmi səfərə gedib.

"Operativ Media"nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "X" hesabında bildirilib.

Kərim Vəliyevi paytaxt Ankaranın Esenboğa hava limanında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Teqlər:

"K\u0259rim V\u0259liyev T\u00fcrkiy\u0259y\u0259 s\u0259f\u0259r edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər