Menyu

Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə yola düşüb

Nərmin Qocamanlı
Ceyhun Bayramov İsveçrəyə işgüzar səfərə yola düşüb

11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində çıxışı, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Cenevrədəki Ofisinin və digər ixtisaslaşmış qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulub. 

Səfər zamanı həmçinin nazir Ceyhun Bayramovun bir sıra tədbirlər, o cümlədən BMT-nin Cenevrədəki Ofisində “Azərbaycan” otağının açılış mərasimində iştirakı planlaşdırılıb.

Teqlər:

"Ceyhun Bayramov \u0130sve\u00e7r\u0259y\u0259 i\u015fg\u00fczar s\u0259f\u0259r\u0259 yola d\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər