Menyu

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
1 dəq oxu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, "TRT Haber" məlumat yayıb. 

Məlumata görə, tərəflər ikitərəfli münasibətlər və regional məsələləri barədə fikir mübadiləsi aparıblar. 

Bundan əlavə, regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına töhfə verəcəyi qeyd edilib. Ərdoğan və Paşinyan bu istiqamətdə diplomatik səylərini davam etdirəcəklərini bildiriblər.

Əlaqəli Xəbərlər