http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov BQXK-nın prezidenti ilə görüşüb - YENİLƏNİB

12 Sentyabr 2023 , 13:58
Ceyhun Bayramov BQXK-nın prezidenti ilə görüşüb - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində 12 sentyabr 2023-cü il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eqqer ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbyacan XİN məlumat yayıb.

Görüş zamanı regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı durumu, mövcud çağırışlar və gələcək perspektivlər barədə müzakirələr aparılıb.

Beynəlxalq humanitar vasitəçi kimi BQXK-nin rolu qeyd edilib, Azərbaycanın BQXK ilə əməkdaşlığında münaqişədən əziyyət çəkən insanlara dəstək, itkin düşmüş azərbaycanlıların taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcılar barədə maarifləndirmə kimi istiqamətlərin böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Bununla yanaşı, Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə BQXK vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan paralel istifadənin zəruriliyi vurğulanıb. Əldə olunmuş razılıqlara baxmayaraq, Ermənistanın və onun yaratdığı qondarma rejimin bu razılıqları kobud şəkildə pozduğu xatırlanıb. Hal-hazırda Laçın yolundan gündəlik əsasda hər iki istiqamətdə erməni sakinlərin keçidinin təmin edildiyi halda Ermənistanın “blokada” iddialarının əsassız olduğu vurğulanıb. 

Ümumiyyətlə, Azərbaycan vasitəsilə əraziyə yüklərin daşınmasına maneçilik törədilməsinin siyasi manipulyasiya olduğu, Ermənistanın separatçılığı qızışdırmaq cəhdlərinin tərkib hissəsi olduğu qeyd edilib.

Görüş zamanı həmçinin 44 günlük müharibədən sonra Ermənistanın Laçın yolu vasitəsilə mina və silahların daşınması, hərbi qulluqçuların rotasiyası kimi qanunsuz fəaliyyətləri xatırlanıb.

***

11:29

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Egger ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı müzakirələr, həmçinin, regiondakı son vəziyyət müzakirə edilib.

 

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
Gürcüstanın baş naziri Türkiyəyə səfərə gedib

Gürcüstanın baş naziri Türkiyəyə səfərə gedib

İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü başlayıb

İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü başlayıb

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 13:19

    Yanvar-mart aylarında ölənlərin sayı açıqlanıb
  • 13:18

    Gürcüstanın baş naziri Türkiyəyə səfərə gedib
  • 13:14

    Azərbaycan əhalisinin sayı açıqlanıb
  • 13:07

    Sabah yağış yağacaq, külək güclənəcək
  • 13:05

    I Liqanın əsas oyununu Əliyar Ağayev idarə edəcək
  • 12:58

    XİN: Fransa daxili işlər nazirinin səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik
    XİN: Fransa daxili işlər nazirinin səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik
  • 12:54

    Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin yarımfinalında
  • 12:44

    İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü başlayıb
Menyu