http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

QAİ: "ABŞ-nin haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir"

12 Sentyabr 2023 , 15:08
QAİ: "ABŞ-nin haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir"

"Amerika Birləşmiş Ştatlarının (ABŞ) bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir".

"Operativ Media" xəbər verir ki,  bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Qeyd olunub ki, ABŞ dövlət katibi Entoni Blinkenin 10 sentyabr 2023-cü ildə verdiyi bəyanatı qeydə aldıq. O, bəyanatında Ermənistan və Azərbaycan arasında istənilən sülh razılaşmasının Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalı olduğunu vurğulayır və Bakı ilə Qarabağın sakinləri arasında dialoqa çağırış edir.

"Biz çox təəssüf edirik ki, dövlət katibi Blinken Ermənistandan zorla qovulmuş azərbaycanlıların məsələsinə toxunmayıb. Məlumdur ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla çıxarıb və onları öz evlərinə qayıtmaq hüququndan məhrum etməkdə davam edir. Ermənistan bu məsələdə Qərbi Azərbaycan İcması ilə dialoqa belə razılıq verməyib.

Bunun əksinə olaraq, Azərbaycan 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra ermənilərin Qarabağ bölgəsinə qayıtmasına şərait yaratmışdır. Azərbaycan həmçinin Qarabağda yaşayan ermənilərlə təmaslar istiqamətində fəal addımlar atır və onları cəmiyyətə inteqrasiya etməyə çalışır. Bundan əlavə, ermənilər Qarabağ bölgəsindən kənar Azərbaycanın ərazilərində tamhüquqlu vətəndaş kimi yaşayırlar.

Bu konteksti nəzərə alsaq, ABŞ-nin bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarının qlobal miqyasda müdafiəsi ilə bağlı bəyan etdiyi sadiqliyinə ziddir. Bu, ondan xəbər verir ki, ya ABŞ-ni etnik azərbaycanlıların insan hüquqları maraqlandırmır, ya da bu dövlət əhali qrupunun etnik təmizləməyə məruz qalmasından sonra onun taleyi ilə maraqlanmağı dayandırır. Bu, bizdə ciddi narahatlıq doğurur. Dövlət katibi Blinkenə məktubla müraciət etməyimizi və onun cavabsız qalmasını nəzərə alsaq, ABŞ hökumətinin bu mövqeyi xüsusilə məyusedicidir.

Biz təkidlə ABŞ hökumətini insan hüquqları məsələsində ayrı-seçkilik yanaşmasına son qoymağa və Ermənistandan qovulmuş azərbaycanlıların qanuni evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını dəstəkləməyə çağırırıq. Biz, həmçinin ABŞ hökumətindən Ermənistan üzərində təsir imkanlarından istifadə edərək bu dövlətin bizim İcma ilə məzmunlu dialoq aparmağa başlamasını təmin etməyi xahiş edirik", - məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Heydər Əliyev Fondunun bir qrup əməkdaşı təltif edilib - SƏRƏNCAM

Heydər Əliyev Fondunun bir qrup əməkdaşı təltif edilib - SƏRƏNCAM

Mayın 24-də Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

Mayın 24-də Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında iştirak edib

Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında iştirak edib

XƏBƏR LENTİ
  • 18:13

    Heydər Əliyev Fondunun bir qrup əməkdaşı təltif edilib - SƏRƏNCAM
    Heydər Əliyev Fondunun bir qrup əməkdaşı təltif edilib - SƏRƏNCAM
  • 17:54

    Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb
  • 17:35

    "WhatsApp"a yeni funksiya əlavə ediləcək
  • 17:32

    DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib
  • 17:29

    Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
  • 17:28

    Mayın 24-də Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
  • 17:26

    Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında iştirak edib
  • 17:17

    “Azərişıq” sədri Şəkidə vətəndaşları qəbul edib
Menyu