http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ceyhun Bayramov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi ilə görüşüb

12 Sentyabr 2023 , 16:22
Ceyhun Bayramov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi ilə görüşüb

12 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçean ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əldə etdiyi uğurlardan bəhs edilib. 

Azərbaycanın BMT orqanları sistemində, o cümlədən UNECE-də təşəbbüskar mövqeyi ilə seçildiyi, qurumun fəaliyyətinə mühüm töhfə verdiyi yüksək dəyərləndirilib.

Görüşdə, həmçinin Azərbaycanın 2023-cü il ərzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) sədrliyi qismində görülən işlər, SPECA çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsi, ticarətin və nəqliyyatın asanlaşdırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olduğunu qeyd edən nazir Ceyhun Bayramov 2030-cu ilədək Azərbaycanın Milli İnkişaf Prioritetləri barədə məlumat verib, strateji məqsədlərin Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx uzlaşdığını vurğulayıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərində 2050-ci ilə qədər “xalis sıfır emissiya” zonasının elan edilməsi, “yaşıl enerji zonası”nın yaradılması, bərpa olunan enerji mənbələrindən istifadə, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının yaradılması, transsərhəd su ehtiyatlarının davamlı idarə olunması və yaşıllıqların artırılması kimi bərpa və reabilitasiya layihələri və planları haqqında məlumat verib.

Ermənistan tərəfindən törədilmiş ekoloji terror, işğal nəticəsində dağıntılar, bölgədə geniş mina təhdidləri, eləcə də işğalın fəsadlarının aradan qaldırılması səyləri qarşı tərəfin diqqətinə çatdırılıb. 

Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün reallaşdırılan layihələrə birgə dəstək verməyin vacibliyi vurğulanıb.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məqamlar üzrə fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən
    21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • Dünən
    21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
Menyu