http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

12 Sentyabr 2023 , 20:08
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 2024-cü il və ortamüddətli dövr üçün müəyyən etdiyi prioritetlərin və hədəflərin əsasında hazırlanan 2024-cü və sonrakı üç il üzrə icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2024-2027-ci illərdə büdcə siyasəti, milli xərc prioritetləri, Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin parametrləri, ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf proqnozları və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.

İclasın yekununda 2024-cü ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR
Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür

Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür

Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclası keçiriləcək

Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclası keçiriləcək

Muxtar Babayev britaniyalı nazirlə görüşüb

Muxtar Babayev britaniyalı nazirlə görüşüb

XƏBƏR LENTİ
  • 09:09

    Egey dənizində 4,5 maqnitudalı zəlzələ olub
  • 09:04

    Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır
  • 08:32

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib
  • 08:19

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:52

    Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
  • 06:43

    2023-cü ildə dünyada ölkə üzrə məcburi köçkünlərin sayı 75,9 milyon nəfərə çatıb
  • 06:29

    Ağ Ev: ABŞ Gürcüstanla münasibətləri yenidən nəzərdən keçirəcək
  • 06:05

    Arda Gülər qol vurdu, "Real" darmadağına sevindi
Menyu