http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bolqarıstanın Parlament sədri: Qondarma rejimin "prezident seçkiləri"ndən narahatıq

12 Sentyabr 2023 , 22:17
Bolqarıstanın Parlament sədri: Qondarma rejimin "prezident seçkiləri"ndən narahatıq

“Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "prezident seçkiləri"ndən narahatıq. Bu "seçkilər" Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında bəyanatları ilə ziddiyyət təşkil edir”

"Operativ Media" xəbər verirki, bu sözləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə Bolqarıstan Milli Assambleyanın sədri Rosen Jelyazkov deyib.

O qeyd edib ki, 1945-ci ildən sonra yaradılmış dünya nizamında ərazi bütövlüyü əsas rol oynayan prinsipdir. Bu prinsipin pozulması asan həll oluna bilməyəcək konfliktlərin yaranmasına gətirib çıxarır. Spiker bildirib ki, Azərbaycan və Bolqarıstan coğrafi baxımdan uzaq regionlarda yerləşsə də bu regionlarda bənzər hadisələr baş verib. Hazırda mövcud olan vəziyyət sadəcə bəyanatların səsləndirilməsini deyil, uzunmüddətli sülhü təmin edəcək sazişin imzalanmasını tələb edir. Davranışlar səsləndirilən bəyanatlara uyğun olmalıdır. O, ölkəsinin Azərbaycanın sülh planını dəstəklədiyini bir daha bəyan edərək, ümid etdiyini bildirib ki, vasitəçilərin də iştirakı ilə aparılan danışıqlar nəticəsində tezliklə sülh sazişi imzalanacaq.

OXŞAR XƏBƏRLƏR
Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür

Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür

Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclası keçiriləcək

Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclası keçiriləcək

Muxtar Babayev britaniyalı nazirlə görüşüb

Muxtar Babayev britaniyalı nazirlə görüşüb

XƏBƏR LENTİ
  • 06:05

    Arda Gülər qol vurdu, "Real" darmadağına sevindi
  • 05:54

    Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür
    Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür
  • Dünən
    23:17

    Naxçıvanda yaşayan ailələrin sayı artıb
  • Dünən
    23:02

    Gürcüstanda polis müxalifət liderini döyüb
  • Dünən
    22:47

    Hakan Fidan Ukrayna rəsmiləri ilə görüşüb
  • Dünən
    22:33

    Kobaxidze ABŞ-nin sanksiyaları ilə bağlı söhbəti qeyri-ciddi adlandırıb
  • Dünən
    22:19

    Blinken: ABŞ Rusiyanın aktivləri üçün yeni səlahiyyətlərdən istifadə etmək niyyətindədir
  • Dünən
    22:04

    ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməklə hədələyib
Menyu