http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov Cenevrədə xalça sərgisinin açılışında iştirak edib - FOTOLAR

12 Sentyabr 2023 , 22:29
Ceyhun Bayramov Cenevrədə xalça sərgisinin açılışında iştirak edib - FOTOLAR

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin Cenevrədəki Ofisində azərbaycanlı rəssam Faiq Əhmədin əsərlərindən ibarət xalça sərgisinin açılışında iştirak edib.

Bu barədə "Operativ Media"ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Sərginin açılışına BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya, Cenevrə şəhərində mövcud beynəlxalq təşkilatların rəsmiləri, xarici ölkələrin səfirləri qatılıblar.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya sözügedən sərginin Azərbaycanın zəngin mədəniyyətinin, xalçaçılıq sənətinin daha yaxından tanıdılması imkanı yaratdığını diqqətə çatdırıb.

Ekspozisiyası çoxlu sayda əsər və instalyasiyalardan, rəssamın yaradıcılığında mühüm yer tutan xalçalardan ibarət sərgi 12 gün ərzində BMT ofisinin ziyarətçilərinə açıq olacaq.

OXŞAR XƏBƏRLƏR
Lukaşenko Azərbaycana səfər edəcək

Lukaşenko Azərbaycana səfər edəcək

Zaxarova: Rusiya Ermənistana sərhədçilərini tamamilə geri çəkməyi təklif etməyib

Zaxarova: Rusiya Ermənistana sərhədçilərini tamamilə geri çəkməyi təklif etməyib

Azərbaycan və Belarus XİN rəhbərlərinin Bakıda geniştərkibli görüşü olub

Azərbaycan və Belarus XİN rəhbərlərinin Bakıda geniştərkibli görüşü olub

XƏBƏR LENTİ
  • 15:23

    Lukaşenko Azərbaycana səfər edəcək
    Lukaşenko Azərbaycana səfər edəcək
  • 15:21

    Xidmət rəisi Masallıda vətəndaşlarla görüşüb
  • 15:07

    AFFA lisenziya alan klubların adlarını açıqladı - RƏSMİ
  • 15:04

    MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək
  • 15:04

    Belarus və Azərbaycan ildə 1000 traktor istehsal etməyi planlaşdırır
  • 14:56

    Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib
    Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib
  • 14:49

    Bakıda 202 nəfərə 498 175 manat zərər vuran şəxs saxlanılıb
  • 14:36

    "Yuventus" yeni baş məşqçisini İtaliyada tapdı
Menyu