Menyu

Sahibə Qafarova Sofiya şəhərində “Naməlum əsgər” abidəsini ziyarət edib

Sahibə Qafarova Sofiya şəhərində “Naməlum əsgər” abidəsini ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin spikeri sentyabrın 12-də Sofiyanın Aleksandr Nevski meydanında “Naməlum əsgər” abidəsini ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Operativ Media”ya verilən məlumata görə, burada Milli Məclisin sədrini Bolqarıstan Milli Assambleyanın sədri Rossen Jelyazkov qarşılayıb. Azərbaycan nümayəndə heyətinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Milli Məclisin sədri Sahibə Qafarova “Naməlum əsgər” abidəsinin önünə əklil qoyub. Sonra iki ölkənin dövlət himnləri səsləndirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər