Menyu

Zelenski: "Ukraynaya daha 20 raketin atılacağı gözlənilir"

Zelenski: "Ukraynaya daha 20 raketin atılacağı gözlənilir"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbə ilə bağlı açıqlama verib.

"Operativ Media"nın xəbərinə görə, Zelenski bildirib ki, bu gün Ukraynaya səksəndən çox raket atılıb. Əsas hədəf enerji infrastrtukturu olub.

“Əlavə 20 raketin atılacağı gözlənilir. Sizdən bir xahişim var: özünüzü qoruyun və bir müddət sığınacaqdan çıxmayın. Zərbələrə görə şəhərlərin çoxunda elektrik kəsilib. Biz işləyirik, hər şey bərpa ediləcək” – deyə dövlət başçısı vurğulayıb.

***

20:19

Ukrayna prezidenti Zelenski bildirib ki, Rusiya ölkə daxilində əsasən enerji infrastrukturuna qarşı 85 raket hücumu həyata keçirib.

Əlaqəli Xəbərlər