http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

"Sentyabr döyüşləri Ermənistan üçün ağır zərbə oldu"

13 Sentyabr 2023 , 17:31
"Sentyabr döyüşləri Ermənistan üçün ağır zərbə oldu"

“Tarixə qəhrəmanlıq səlnaməsi kimi düşən 12- 13 sentyabr hadisələri Ermənistanın uzun müddət qurduğu planlarını alt-üst etdi. Dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edən, təxribatlarının qarşısını alan ordumuz öz təhlükəsizliyini təmin etmək üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı”.

Bunu “Operativ Media”ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.

Şair Ramaldanovun sözlərinə görə, Azərbaycan ordusunun ayıq-sayıqlığı nəticəsində  və göstərdiyi şücaəti professionalığı nəticəsində düşmən böyük itkilərlə geri çəkilməyə məcbur oldu. 

“Erməniləri nəinki geri çəkildi, hətta Azərbaycan ordusu o istiqamətdə bir sıra strateji yüksəkliklərdən düşməni qovaraq onu ələ keçirərək böyük ərazini, Göyçə gölünün ətrafinda olan Kəlbəcər istiqamətinə gələn yol şəbəklərini nəzarət almağa nail oldular. Bir daha Azərbaycan yumruğu öz gücünü ermənilərə göstərdi. 7 saat davam edən cavab əməliyyatı nəticəsində ermənistanın  xeyli canlı qüvvəsi, çox sayda hərbi obyekti məhv edildi.”

Ekspertin sözlərinə görə, məhz  sentyabr hadisələri Ermənistanın özü üçün yeni faciələrə yol açdığını göstərdi. 

“Hadisələr Emənistanın daxilində böyük etirazlara səbəb oldu, Ermənistan ordusunun itkiləri insanları evlərdən çölə çıxartdı. Azərbaycan həmişə olduğu kimi qələbədən sonra  öz gələcəyini sülh müqaviləsinin bağlanmasında və bu regionda əmin amanlığa köklənən siyasət aparır. Ermənilər isə həmişə olduğu kimi sülhdən qaçır, onun bunun əlində alət olaraq, bu regionda vəziyyəti gərginləşdirmək istəyən qüvvələrə xidmət etməkdə davam edir. Azərbaycan ordusu Sentyabr hadisələrində bir daha Ermənistana, dünyaya göstərdi ki,  hər hansı bir  təxribat cavabsız qalmayacaq və qala da  bilməz.  Çünki Azərbaycan özünü müdafiə etmək gücündə, qüdrətində olan ölkədir”

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib

Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib

COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb

COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

XƏBƏR LENTİ
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
  • 06:53

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
Menyu