http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Ceyhun Bayramov İsveçrədə dəyirmi masada iştirak edib - YENİLƏNİB

13 Sentyabr 2023 , 17:43
Ceyhun Bayramov İsveçrədə dəyirmi masada iştirak edib - YENİLƏNİB

13 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun  İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Cenevrə Universitetinin Qlobal Araşdırmalar İnstitutu ilə birgə “Regional təhlükəsizlik və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı” mövzusunda dəyirmi masa müzakirələri təşkil olunub.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, müzakirələrdə nazir Ceyhun Bayramov ölkəmizin xarici siyasət prioritetləri, qonşu ölkələr ilə əlaqələrin perspektivləri, mövcud regional təhlükəsizlik məsələləri, çağırışlar və imkanlar barədə çıxış edib.

Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinin, o cümlədən baş verən regional proseslərin əlaqəliliyindən bəhs edən nazir Ceyhun Bayramov, son dövrlər ərzində həm ikitərəfli əsasda, o cümlədən çoxtərəfli platformalar çərçivəsində münasibətlərin inkişafında intensivliyin müşahidə olunduğunu bildirib. İqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar və s. sahələr ilə regional əməkdaşlığın perspektivlərinin mövcud olduğu, xüsusilə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyətinin artdığı bir şəraitdə bu sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb.

Regional təhlükəsizlik məsələlərindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistanın Azərbaycan və Ermənistan arasında mövcud kövrək normallaşma və sülh gündəliyini təhlükəyə atan davranışlarının bölgədəki sabitliyə təhdid olduğunu bildirib. Bu xüsusda, son olaraq, bir tərəfdən Laçın yolu ətrafında vəziyyətlə bağlı guya bölgədə “gərgin humanitar vəziyyət” və “blokada”nın mövcudluğu ilə əlaqədar əsassız iddiaların səsləndirilməsinin, digər tərəfdən Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin tələbatlarının ödənilməsi üçün Azərbaycanın Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda istifafə edilməsi təkliflərinin rədd edilməsinin bu ölkənin bir-biri ilə ziddiyyət təşkil edən addımlarının nümunələrindən sadəcə biri olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi bəyanata baxmayaraq, ərazilərimizdə separatizmi təşviq edən ziddiyyətli açıqlamalar səsləndirməsinin anlaşılan olmaması ilə yanaşı, sülh prosesinin gələcəyini sual altında qoyduğunu bildirib. 

Bu xüsusda, bölgədə gedən proseslər və regional vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən düzgün anlaşılması, habelə Ermənistanın sülh prosesinə zərbə vuran qeyri-sabit davranışlarının qınanmasının vacibliyi vurğulanıb.

Daha sonra, müzakirələr sual-cavab sessiyası ilə davam edib.

***

17:35

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrədə  “Regional təhlükəsizlik və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı” mövzusunda dəyirmi masada iştirak edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Qeyd edilib  ki, dəyirmi masada regional əməkdaşlığın perspektivləri, regional təhlükəsizliklə bağlı imkanlar və çağırışlar müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib

Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib

COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb

COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

XƏBƏR LENTİ
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
  • 06:53

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
Menyu