Paşinyan Putinlə niyə iyul ayından sonra telefonla danışmadığına aydınlıq gətirib
Ermənistanın baş naziri bəyan edib ki, o, rusiyalı həmkarının bəyanatları əsasında Ermənistan-Rusiya münasibətlərinin səviyyəsi və keyfiyyətinə qiymət verir.
"Operativ Media" xəbər verir ki, Paşinyan, bunu parlamentdə hökumət saatı zamanı deyib.
Baş nazir bildirib ki, Laçın dəhlizində baş verən hadisələrdən sonra Rusiya prezidenti ilə 7-8 telefon danışığı olub. Digər əcnəbi həmkarları ilə ya söhbət olmayıb, ya da çox az. O, həmin andan regionda çox şey dəyişsə də, Putinlə sonuncu telefon danışığının niyə iyulun əvvəlində olduğu sualına da cavab verib.
O, bəyan edib ki, Rusiya lideri hər şeydən, o cümlədən Rusiyanın sülhməramlı kontingenti vasitəsilə Qarabağdakı vəziyyətlə bağlı birinci əldən məlumat ala biləcəyini çox gözəl bilir. Buna görə də Putinə zəng etməyib.
Teqlər:
"Pa\u015finyan Putinl\u0259 niy\u0259 iyul ay\u0131ndan sonra telefonla dan\u0131\u015fmad\u0131\u011f\u0131na ayd\u0131nl\u0131q g\u0259tirib"