Ermənistan baş naziri: Qarabağ problemini erməni arqumentləri ilə həll edə bilməyəcəyik
"Ermənistan Qarabağ problemini erməni arqumentləri ilə həll edə bilməz və edə bilməyəcək".
"Operativ Media" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
"Biz uzun illərdir ki, "erməni arqumenti" anlayışından istifadə etmişik və Qarabağ problemini bu konsepsiya çərçivəsində həll etməyə çalışmışıq, təəssüf ki, Qarabağ probleminin Ermənistan tərəfindən həll edilməyəcəyini dərk etməmişik", - o bildirib.
Paşinyan əlavə edib ki, Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq arqumentlər və hüquqi qüvvəyə malik qərarlar var: "Biz inanırdıq ki, erməni arqumentləri ilə onları zəiflədə və ya ləğv edə bilərik. Problem ondadır ki, biz heç bir məsələni erməni arqumentləri ilə həll edə bilmərik".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net