Menyu

Paşinyan: Ermənistan özünü qorumaq üçün Rusiyaya arxalana bilməz

Paşinyan: Ermənistan özünü qorumaq üçün Rusiyaya arxalana bilməz

"Biz artıq Rusiyaya arxalana bilmərik ki, bizi müdafiə etsin". 

"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan POLITICO-ya müsahibəsində deyib. 

Nəşrin yazdığına görə, Paşinyan deyib ki, Ukrayna müharibəsindən sonra Ermənistan daha Moskvanın onun təhlükəsizliyinin qarantı olacağına ümid edə bilməz: "Ukraynada baş verən hadisələr nəticəsində Rusiyanın imkanları dəyişib".

Paşinyan etiraf edib ki, Moskva Azərbaycan və onun yaxın müttəfiqi Türkiyə ilə problemlərdən qaçır: "Bizim strategiyamız bu vəziyyətdə başqalarından asılılığımızı mümkün qədər azaltmağa çalışmaq olmalıdır. Biz istəyirik ki, müstəqil ölkə, suveren ölkə olaq, amma elə tədbirlər görməliyik ki, Qərblə Şərq, Şimal və Cənub arasında münaqişələrin mərkəzində qalmayaq. Ermənistanın “proksi”yə çevrilməsi qəbuledilməzdir".

"Qonşularımızla problemlərimiz olan və bizi müdafiə etmək üçün başqalarını dəvət etməli olduğumuz model çox həssas modeldir", - Paşinyan bildirib.

Teqlər:

"Pa\u015finyan: Erm\u0259nistan \u00f6z\u00fcn\u00fc qorumaq \u00fc\u00e7\u00fcn Rusiyaya arxalana bilm\u0259z"

Əlaqəli Xəbərlər