http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

14 Sentyabr 2023 , 14:40
Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.

"Operativ Media" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi – Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda tarixən olduğu kimi, bu gün də yüksək birgəyaşayış mədəniyyəti, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. Müasir demokratik prinsiplər əsasında insan hüquq və azadlıqlarının təminatı, etnik azlıqların dil və mədəniyyətinin qorunub saxlanılması, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Etnomədəni rəngarəngliyi ilə seçilən ölkəmizdə yüz illərdir məskunlaşan və Azərbaycanı özünə doğma vətən bilən yəhudi icması sülh, əmin-amanlıq şəraitində yaşayaraq heç vaxt antisemitizmə, ayrı-seçkiliyə məruz qalmamış, cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi əsilli vətəndaşlarımız respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir, ümumi evimiz olan Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmirlər.

Əziz dostlar!

Roş ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!"

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB

Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB

Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb

XƏBƏR LENTİ
  • 09:04

    Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb
  • 08:56

    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
  • 08:50

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
  • 07:44

    Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
  • 07:33

    Azərbaycanın xarici işlər naziri G-77 ölkələri və Çin nazirlərinin görüşündə çıxış edib
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
Menyu