Menyu

Paşinyan Putinə zəng edib, zəngə cavab verilməyib

Redaksiya
Paşinyan Putinə zəng edib, zəngə cavab verilməyib

Sentyabrın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstanın baş naziri ilə telefon danışığı aparıb.

"Operativ Media" Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan iki gün sonra Türkiyə prezidenti Ərdoğanla da danışıqlar aparıb, amma Putinlə telefon danışığı olmayıb.

Bir neçə gün sonra Paşinyan qeyri-müəyyən şəkildə əmin etməyə çalışıb ki, o Putinlə daimi təmasdadır, Putin də Ermənistan və Qarabağ ətrafındakı vəziyyətdən xəbərdardır.

Bu ərəfədə Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı bildirib ki, Paşinyandan məktub alıb.

Ermənistan hökumətindəki mənbələr "Hraparak"a bildiriblər ki, əslində Paşinyan Putinə zəng edib, lakin ona cavab verilməyib, bundan sonra o, məktub yazmaq qərarına gəlib.

Mənbə qeyd edib ki, Nikol Paşinyan həmin məktubda Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, Rusiyaya qarşı olmadıqlarını bildirib. 

Teqlər:

"Pa\u015finyan Putin\u0259 z\u0259ng edib z\u0259ng\u0259 cavab verilm\u0259yib"

Əlaqəli Xəbərlər