http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Tacikistanın Baş Prokuroru Yusuf Raxmon ölkəmizdə işgüzar səfərdədir

15 Sentyabr 2023 , 14:45
Tacikistanın Baş Prokuroru Yusuf Raxmon ölkəmizdə işgüzar səfərdədir

Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Tacikistanın Baş Prokuroru Yusuf Raxmonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. 

Baş Prokurorluğun mətbuat xidmətinən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru ilə tacikistanlı həmkarı arasında baş tutan görüş zamanı iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyi, siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyi, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələr arasında əlaqələrin etibarlı əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq prinsipinə əsaslandığı vurğulanıb. 

Baş prokuror qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın uğurla inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında olan qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquqi islahatlar,  xüsusilə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi  istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Səmimi qəbula və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Yusuf Raxmon təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına, Azərbaycanın prokurorluq orqanlarının cinayətkarlıqla mübarizədə formalaşdırılmış müsbət təcrübəsinin öyrənilməsinə böyük önəm verdiyini bildirib. 

Görüşdə cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR
Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib

Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib

Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib

Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib

Minatəmizləmə sahəsində beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var - XİN başçısı

Minatəmizləmə sahəsində beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var - XİN başçısı

XƏBƏR LENTİ
  • 11:41

    Ersin Tatar: "Müstəqillikdən imtina etməyəcəyik"
  • 11:20

    Fransada irqçiliyə və polis zorakılığına qarşı yürüş olub
  • 10:58

    Qubada bir neçə obyekt yanıb
  • 10:43

    Kim Çen İn: Çinlə əlaqələrin inkişaf edəcəyinə əminəm
  • 10:28

    Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib
  • 10:08

    Sabunçuda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb
  • 09:56

    Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib - VİDEO
    Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib - VİDEO
  • 09:53

    Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib
    Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib
Menyu