http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Türkiyənin Ədliyyə nazirinin müavini Azərbaycana səfərə gəlib

15 Sentyabr 2023 , 19:24
Türkiyənin Ədliyyə nazirinin müavini Azərbaycana səfərə gəlib

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkiyənin ədliyyə nazirinin müavini Hasan Yılmaz ölkəmizə rəsmi səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, bu gün Azərbaycanın Baş prokuroru ilə Türkiyəli nazir müavini arasında baş tutan görüş zamanı iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri sayəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub.

Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Hasan Yılmaz ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk

Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk

İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib

İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib

İlham Əliyev İraq Prezidentinə təbrik məktubu göndərib

İlham Əliyev İraq Prezidentinə təbrik məktubu göndərib

XƏBƏR LENTİ
  • 11:57

    Azərbaycan cəmiyyəti erməni silahlı qüvvələri rəhbərlərinin məsuliyyətə cəlb edilməsini istəyir - SORĞU
  • 11:37

    Nikola Yurçeviçin yeni ünvanı müəyyənləşdi
  • 11:32

    Yunanıstandan Türkiyəyə keçməyə çalışan terrorçular saxlanılıb
  • 11:30

    Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
    Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
  • 11:22

    İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
    İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
  • 11:10

    İlham Əliyev İraq Prezidentinə təbrik məktubu göndərib
    İlham Əliyev İraq Prezidentinə təbrik məktubu göndərib
  • 11:08

    “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir
  • 11:05

    Şirvanda son bir ayda narkotik dövriyyəsinə görə 32 nəfər saxlanılıb
Menyu