http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 28 ° C

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edilib - FOTO

15 Sentyabr 2023 , 22:33
Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edilib - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

"Operativ Media" xəbər verir ki, əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində keçirilən tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxışlar zamanı müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusunun dünyanın hər zaman inkişafda olan müzəffər orduları sırasında dayandığı vurğulanıb, 44 günlük Vətən müharibəsi ilə tariximizə Zəfər Gününü yazan ordumuzun şəxsi heyətinin daim yüksək döyüş hazırlığına malik olduğu qeyd edilib.

Sonra hərbi qulluqçulara müxtəlif medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Sonda şəxsi heyətin tirbuna önündən təntənəli keçidi olub.

OXŞAR XƏBƏRLƏR
DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq

DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq

Paşinyan: Müstəqillik, yoxsa əyalətə çevrilmək istədiyimizə qərar verməliyik

Paşinyan: Müstəqillik, yoxsa əyalətə çevrilmək istədiyimizə qərar verməliyik

Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb

Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb

XƏBƏR LENTİ
  • 14:55

    Türkiyə XİN Qurani-Kərimi hədəf alan hücumlara münasibət bildirib
  • 14:35

    ABŞ-da atışma olub, 3 nəfər ölüb
  • 14:11

    MN Xocavənddə müsadirə edilmiş silah-sursatın videosunu yayıb
  • 14:07

    Türkiyə Ordusu 5 terrorçunu zərərsizləşdirib
  • 13:49

    DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq
  • 13:46

    Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
  • 13:29

    Sabah bəzi rayonlara qar yağacaq
  • 13:13

    Tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Menyu