http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Dünya Bankı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO

15 Sentyabr 2023 , 22:55
Azərbaycan və Dünya Bankı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO

Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) "Operativ Media"ya verilən məlumata görə, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşündə deyib.

S.Babayev S.Stallmeisteri yeni təyinatı münasibətilə təbrik edərək, nazirliklə Dünya Bankının uğurlu əməkdaşlıq təcrübəsini, ötən dövrdə birgə icra olunan layhələrin əhəmiyyətini diqqətə çatdırıb.

Xüsusilə “Məşğulluğa Dəstək Layihəsi”nin ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsində mühüm rolu vurğulanıb. 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarının qurulmasına hədəflənən layihənin məşğulluq xidmətlərinin və proqramlarının təkmilləşdirilməsində də dəstək olduğu qeyd edilib.

Son illər ölkəmizdə aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğuluq proqramlarının genişləndirilməsi işləri və s. barədə məlumat verilib.

S.Stallmeister ötən dövrdə səmərəli əməkdaşlığın həyata keçirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. Görüşdə cari əməkdaşlıq gündəliyinə, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərinə və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Xəzərsahili dövlətlərin xarici işlər nazirləri görüşəcək

Xəzərsahili dövlətlərin xarici işlər nazirləri görüşəcək

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

XƏBƏR LENTİ
  • 23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • 23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • 23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • 23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • 23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • 22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
  • 22:44

    Estoniya-Rusiya sərhədi bağlana bilər
  • 22:33

    Aİ Rusiya ilə əlaqələrin kəsilməsinə görə 1,5 trilyon avro itirib
Menyu