http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə əsas maneə nədir?

16 Sentyabr 2023 , 12:48
Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə əsas maneə nədir?

"Sentyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr bir daha təsdiqlədi ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə hazırda ən böyük maneə məhz rəsmi Vaşinqtondur" -bunu "Operativ Media" ya açıqlamasında politoloq Elxan Şükürlü bildirib.

Politoloqun sözlərinə görə, Rusiya prezidenti Putinin "Qarabağ Azərbaycan ərazisidir, status məsələsi həll olunub" bəyanatının fonunda ABŞ rəsmilərinin Qarabağdakı bir ovuc terrorçu-separatçını həyasızcasına "Qarabağ xalqı" adlandırmaları və Azərbaycanı da humanitar böhran yaratmaqda, etnik təmizləmə aparmağa hazırlaşmaqda suçlamaları Kremlin və Vaşinqtonun problemin həllinə baxışlarını tam şəkildə aydınlaşdırır.

"Güc mərkəzləri arasında mövqelərin bu qədər aydın şəkildə ortaya qoyulduğu bir vaxtda rəsmi Bakı çəkingənlik göstərməməli, danışıqların süni şəkildə uzadılmasına və Paşinyan hakimiyyətinin qorunub saxlanmasına hesablanmış Qərb, xüsusilə də Vaşinqton platformasında iştirakdan açıq şəkildə imtina etməlidir. Biz 44 gün ərzində Ermənistan və erməni faşizmi üzərində böyük hərbi qələbələrlə bitirdiyimiz işi 2020-ci ildə Rusiya-Türkiyə tandemiylə başladığımız və atəşkəsə nəzarət missiyasını da Rusiya-Türkiyə Monitorinq Mərkəzinə həvalə etdiyimiz kimi, yekun sülh danışıqlarının da məhz Moskva-Ankara formatında tamamlanmasını və regionda yeni bir təhlükəsizlik arxitekturasının qurulmasını təmin etməliyik.Açıqca görünür ki, Qərb Qarabağda yeni "Kosovo ssenarisi"nin tətbiqinə hazırlaşır və biz bu ssenarini yalnız Rusiya və Türkiyənin birgə dəstəyi ilə poza bilərik"

OXŞAR XƏBƏRLƏR
Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib

Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib

Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib

Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib

Minatəmizləmə sahəsində beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var - XİN başçısı

Minatəmizləmə sahəsində beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var - XİN başçısı

XƏBƏR LENTİ
  • 10:43

    Kim Çen İn: Çinlə əlaqələrin inkişaf edəcəyinə əminəm
  • 10:28

    Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib
  • 10:08

    Sabunçuda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb
  • 09:56

    Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib - VİDEO
    Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib - VİDEO
  • 09:53

    Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib
    Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib
  • 09:53

    Qərbi Azərbaycan İcması “Human Rights Watch”a cavab verib
  • 09:39

    Azərbaycan PL: "Sabah" "Kəpəz"i, "Səbail" "Araz"ı qəbul edəcək
  • 09:38

    Zuğulbada bir nəfər dənizdə batıb
Menyu