http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov Səudiyyə Ərəbistanının yeni səfirini qəbul edib

16 Sentyabr 2023 , 17:23
Ceyhun Bayramov Səudiyyə Ərəbistanının yeni səfirini qəbul edib

16 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.

 

Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir dost ölkə olan Səudiyyə Ərəbistanının səfirinə uğurlar arzulayıb. 

 

Nazir Ceyhun Bayramov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəyliyin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb. 

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin, XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb. 

 

Səfir iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da genişlənməsi istiqamətində səyləri daha da artıracağını qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”

XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”

XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”

Ceyhun Bayramov: “Azərbaycan öz ərazilərində qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi”

Ceyhun Bayramov: “Azərbaycan öz ərazilərində qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi”

XƏBƏR LENTİ
  • 00:29

    Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”
    Ceyhun Bayramov: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”
  • 00:27

    XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”
    XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”
  • 00:12

    Avropa Liqası: "Qarabağ" "Molde"ni məğlub edir - YENİLƏNİR
  • Dünən
    23:54

    Ceyhun Bayramov: “Azərbaycan öz ərazilərində qanunsuz hərbi mövcudluğa yol verə bilməzdi”
  • Dünən
    23:19

    Ceyhun Bayramov: "ATƏT həllin bir parçası olmaq şansını itirib"
  • Dünən
    23:04

    Ərdoğan BMT sammitində iştirak etmək üçün BƏƏ-yə səfər edib 
  • Dünən
    22:52

    Xersonda gün ərzində üçüncü dəfə partlayış baş verib
  • Dünən
    22:39

    Ceyhun Bayramov ATƏT-in iclasında regionda münaqişədən sonrakı reallıqlar barədə məlumat verib
Menyu