http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 28 ° C

“ABŞ-nin məqsədi bölgədə münaqişəni alovlandırmaqdır”

16 Sentyabr 2023 , 20:59
“ABŞ-nin məqsədi bölgədə münaqişəni alovlandırmaqdır”

“İstər 44 günlük müharibə ərzində, istərsə də keçən bu 3 il ərzində biz ABŞ-nin bu məsələdə ədalətli mövqeyinin şahidi olmadıq”.

Bunu “Operativ Media”ya açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.

Əliməmməd Nuriyevin sözlərinə görə, bu gün ABŞ-dan 30 il niyə susduqlarını soruşmaq lazımdır. ABŞ tarixi boyunca bölgədə sülhə nail olmaq üçün heçbir addım atmayıb.

"ABŞ o halda ədalətli olardı ki, sülhə dəstək üçün addım atardı. Biz yenidən görürürük ki, ABŞ və onun erməni lobbisi tərəfindən ələ alınmış konqresi birtərəfli mövqe göstərirlər. Son günlər baş verənlər buna bariz nümunədir. ABŞ konqresmenləri tərəfindən çox vaxt biz xristian təəssübkeşliyini görürük. Heçbir halda istənilən regionda birtərəfli mövqey ədalətli sülhə gətirib çıxara bilməz. Azərbaycan istəyir ki, Cənubi Qafqazda sülh olsun, əmin-amanlıq olsun. Bunun üçün də Ermənistan təcavüzkar hərəkətlərindən çəkinməlidir. BMT-nin təhlükəsizlik şurasının daimi üzvləri olan ABŞ və Fransanın Ermənistanı dəstəkləməsi Cənubi Qafqazda sülhə zərbədir".

Əliməmməd Nuriyev hesab edir ki, Ermənitanın həyata keçirdiyi ikili siyasət bu ölkənin bundan sonrakı taleyini şübhə altına ala bilər, minlərlə insanın həyatını riskə ata bilər.

"Fransa və ABŞ-ın addımları Cənubi Qafqazda yenə qan tökülməsinə gətirib çıxara bilər. Bunun ən böyük günahkarları ABŞ və Fransa olacaqdır. Hesab edirəm ki, Cənubi Qafqazda bütün məsələlər iki dövlət arasında danışıqlardan keçir. Ermənistan isə təcavüzkar siyasətindən əl çəkmir. Ermənistan tərəfindən 380 milyon dolların Xankəndinə ayrılması nə deməkdir axı? Bu pullar ordakı seperatçıları dəstəkləmək və maliyyələşdirməkdir sadəcə. Eyni zamanda orda olan hərbi qüvvələrin dəstəklənməsidir. Atılan addımlar müharibənin yenidən alovlandırılmasına şərait yaratmaqdır. Ona görə də ABŞ bu qərarları tənqid etməliydi, münasibət bildirməli idi, nəinki Azərbaycanın apardığı sülh danışıqlarına maneə olmalıdır".

OXŞAR XƏBƏRLƏR
DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq

DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq

Paşinyan: Müstəqillik, yoxsa əyalətə çevrilmək istədiyimizə qərar verməliyik

Paşinyan: Müstəqillik, yoxsa əyalətə çevrilmək istədiyimizə qərar verməliyik

Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb

Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb

XƏBƏR LENTİ
  • 14:35

    ABŞ-da atışma olub, 3 nəfər ölüb
  • 14:11

    MN Xocavənddə müsadirə edilmiş silah-sursatın videosunu yayıb
  • 14:07

    Türkiyə Ordusu 5 terrorçunu zərərsizləşdirib
  • 13:49

    DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq
  • 13:46

    Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
  • 13:29

    Sabah bəzi rayonlara qar yağacaq
  • 13:13

    Tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 12:55

    Sabunçuda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb - YENİLƏNİB/VİDEO
Menyu