http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Milli Məclisin sədri kubalı həmkarı ilə görüşüb

17 Sentyabr 2023 , 08:58
Milli Məclisin sədri kubalı həmkarı ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Kuba Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Xalq Hakimiyyəti Xuan Esteban Lazo Hernandeslə görüşüb.

Bu barədə “Operativ Media”ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriılib.

Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Milli Assambleyanın sədri Kuba Respublikasında keçirilən G77 və Çin Sammitində iştirakına görə Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Azərbaycanla Kuba arasında dostluq münasibətlərinə toxunan Milli Assambleyanın sədri qeyd edib ki, bu il Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın Azərbaycana səfəri zamanı ona göstərilən yüksək qonaqpərvərlik bunun əyani sübutudur. Son illər Kubadan Azərbaycana rəsmi səfərlərin sayının artdığı məmnuniyyətlə qeyd olunub. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü olduğu xüsusi vurğulanıb. Coğrafi məsafəyə baxmayaraq Azərbaycan və Kubanı ənənəvi dostluq münasibətləri birləşdirdiyi, iki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluq ifadə olunub. Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində Kubaya dəstəyinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Görüş zamanı bu il Azərbaycanda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu qeyd olunub, onun Kuba Respublikasının keçmiş rəhbəri Fidel Kastro ilə dostluq münasibətləri xatırlanıb. Həmçinin, 1970-80-ci illərdə Azərbaycanda kubalı tələbələrin təhsil aldığı qeyd olunub, bunun xalqlarımız arasında dostluq münasibətlərinin göstəricisi olduğu diqqətə çatdırılıb. Azərbaycanın Kubada səfriliyinin açılması bu ölkədə məmnunluqla qarşılanıb, bunun münasibətlərin inkişafına təkan verəcəyinə dair əminlik ifadə olunub.

Kuba hökumətinin Azərbaycanla əlaqələrin inkişafında yaxından maraqlı olduğu nəzərə çatdırılıb, ikitərəfli münasibətlərin dərinləşməsində səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcudluğu qeyd olunub. Görüş zamanı Kuba parlamentinin də öz növbəsində bu məsələdə öz dəstəyini əsirgəməyəcəyinə dair mövqe ifadə edilib. Parlamentlərarası əlaqələri inkişaf etdirmək məqsədilə parlamentlərin dostluq qruplarının qarşılıqlı səfərlərinin təşkil olunması, əlaqələrin genişləndirilməsi, komitələr arasında münasibətlərin inkişafının mümkünlüyü vurğulanıb.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Kubanın evsahibliyi etdiyi Sammitin əhəmiyyətini qeyd edib, G77-ni çoxtərəfli əməkdaşlıq və üzv dövlətlərin qarşılıqlı dəstəyi üçün mühüm platforma adlandırıb. Bu Sammitin ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi üçün yaxşı fürsət olduğunu vurğulayan Milli Məclisin sədri bu səfərinin ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə dair inamını ifadə edib.

Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan və Kuba beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında həmişə bir-birini dəstəkləyir. O, Kubanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri həmişə dəstəklədiyini deyib, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində Azərbaycan-Kuba sıx əməkdaşlığını vurğulayıb, Şəbəkənin ötən il Bakıda keçirilən Birinci Konfransında Milli Assambleyanın vitse-prezidenti Ana Maria Moçadanın iştirakını qeyd edib.

Milli Məclisin sədri Kuba Respublikasının Prezidenti Migel Diaz Kanelin 2019-cu ildə, vitse-prezident Salvador Antonio Valdes Mesanın isə bu ilin mart ayında Azərbaycana səfərlərini xatırladaraq, belə yüksək səviyyəli səfərlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib, özünün Salvador Antonio Valdes Mesa ilə görüşünü məmnunluqla xatırlayıb.

Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışarkən deyib ki, parlamentlərarsı dostluq qruplarımızın təmaslarının artırılması, qarşılıqlı səfərlərin və müntəzəm dialoqun qurulması parlamentlərimiz arasında körpü rolunu oynaya bilərlər.

Milli Məclisin sədri həmkarına regionda mövcud olan vəziyyət, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri, Ermənistanın hərbi-siyasi təxribatları barədə də geniş məlumat verib. Xuan Esteban Lazo Hernandes isə regiondakı vəziyyətdən xəbərdar olduqlarını, regionda sülh və sabitliyinin bərpasının önəmini vurğulayıb.

Görüşdə mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığın xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təmasların təşviqi baxımından mühüm əhəmiyyəti qeyd olunub. Milli Məclisin sədri 2010-cu ildə Kubada Azərbaycan mədəniyyət günlərinin keçirilməsini xatırladıb, bu müsbət təcrübənin qarşılıqlı şəkildə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Təhsil sahəsində əməkdaşlığa toxunan parlamentin spikeri, Azərbaycan Prezidentinin bu ilin iyul ayında imzaladığı müvafiq sərəncamla yaradılmış “Heydər Əliyev Beynəlxalq Təhsil Qrant Proqramı” vasitəsilə təqaüdlərin İƏT, Qoşulmama Hərəkatı və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) coğrafiyasından olan ölkələrə də şamil ediləcəyini hədəflədiyini bildirib, gələcəkdə kubalı tələbələri də bu proqramda iştirak etməyə çağırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Böyük Britaniyada səfərdədir

İlham Əliyev Böyük Britaniyada səfərdədir

Mikayıl Cabbarov İtaliya Parlamentinin senatoru ilə görüşüb

Mikayıl Cabbarov İtaliya Parlamentinin senatoru ilə görüşüb

Bayden koronavirusa yoluxdu - Namizədlikdən çəkilə bilər

Bayden koronavirusa yoluxdu - Namizədlikdən çəkilə bilər

XƏBƏR LENTİ
  • 12:44

    Azərbaycan İtaliya ilə iqtisadi sahədə birgə fəaliyyətin effektivliyinin artırılmasını müzakirə edib
  • 12:40

    Bu ilin I yarısında elmi dərəcə almaq istəyən 106 nəfərə imtina cavabı verilib
  • 12:39

    "Qarabağ" Şahruddin Məhəmmədəliyevi heyətinə qatdı
  • 12:24

    Sabah hava necə olacaq?
  • 12:21

    DSX və DİN birgə əməliyyat keçirib
  • 12:19

    "Fənərbağça" Emre Mor ilə yollarını ayırır
  • 12:18

    “Mpay” və “Paysis”ə lisenziya verilib
  • 12:12

    “Karabakh Stone” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib
Menyu