http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Paşinyan: Biz istəyirik ki, ilin sonuna qədər sülh müqaviləsi imzalansın

17 Sentyabr 2023 , 11:23
Paşinyan: Biz istəyirik ki, ilin sonuna qədər sülh müqaviləsi imzalansın

"Oktyabrın 5-də Qranadada Ermənistanla Azərbaycan arasında heç bir sənəd imzalanmayacaq". 

"Operativ Media" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bu gün, sentyabrın 17-də keçirilən mer seçkilərində səs verdikdən sonra deyib.

O qeyd edib ki, əgər sənədin imzalanması nəzərdə tutulursa, bu o deməkdir ki, Ermənistan həmin sənədi onun balanslaşdırılmış maraqlarına uyğun hesab edir və müqaviləni imzalayacaq.

"Biz dedik ki, sülh gündəliyi bizim prioritetimizdir və biz Azərbaycanla ən qısa zamanda, məsələn, ilin sonuna, gələn ilin əvvəlinə qədər sülh sazişi imzalamaq istəyirik. Bunun üçün hər şeyi edirik", - deyə baş nazir vurğulayıb.

Paşinyan ümid edir ki, Azərbaycanla intensiv danışıqları davam etdirəcək və problemin həllinə nail olacaqlar.

"Aydındır ki, Qarabağdakı ekstremal humanitar böhran sülh prosesinə mənfi təsir göstərir. Hesab edirəm ki, biz Laçın dəhlizinin qanunsuz bağlanması, o məsələnin həllinə sərf etdiyimiz və nəticəsiz xərclədiyimiz vaxt və enerji səbəbilə çox vaxt itiririk. Əgər o vəziyyət olmasaydı, eyni enerji sülh razılaşmasının müzakirəsinə yönəlmiş olardı", - Paşinyan əlavə edib.

Paşinyan bildirib ki, ilin sonuna qədər vəziyyətin dəyişəcəyini və sülh sazişinin imzalanacağını mümkün hesab edir: "Mən bunu həmişə mümkün hesab etmişəm, çünki mən belə bir müqavilə imzalamaq üçün siyasi öhdəlik götürmüşəm. Həmin müqavilə nə qədər gecikirsə, bu, aldığımız siyasi öhdəlik baxımından bir o qədər pisdir. Biz bu vəziyyətin dəyişdirilməsi, Laçın dəhlizinin açılması, Qarabağda humanitar böhranın aradan qaldırılması məsələləri üzərində işləyirik".

OXŞAR XƏBƏRLƏR
Xəzərsahili dövlətlərin xarici işlər nazirləri görüşəcək

Xəzərsahili dövlətlərin xarici işlər nazirləri görüşəcək

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

XƏBƏR LENTİ
  • Dünən
    23:55

    Rusiyada hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər
  • Dünən
    23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • Dünən
    23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • Dünən
    23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • Dünən
    23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • Dünən
    23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • Dünən
    22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
  • Dünən
    22:44

    Estoniya-Rusiya sərhədi bağlana bilər
Menyu