http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 28 ° C

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

17 Sentyabr 2023 , 14:04
Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

17 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə "Operativ Media"ya Xarici İşlər Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də post-münaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.

Bununla yanaşı, son həftələrdə iki ölkə arasında baş prokurorlar, eləcə də hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəmizdə iyul ayının əvvəli keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak məqsədilə ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü bir daha məmnunluqla xatırlayıb. 

Nazirlər arasında eyni zamanda, iki ölkə arasında münasibətlərin tam normallaşması üçün atılması zəruri olan tədbirlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb. Ermənistan Baş naziri Nikol Paşinyanın 2 Sentyabr tarixində qondarma rejimə ünvanladığı təbrikin onun tərəfindən Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi barədə bəyanatlarla tam ziddiyyət  təşkil etdiyini vurğulayıb. Bununla yanaşı, Ermənistanın yaratdığı qondarma rejimin “seçki” adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib. Bölgədə ən böyük təhdidin 10 mindən yuxarı erməni silahlı qüvvələri olduğu xatılanıb, onların ərazilərimizdən çıxarılmasının və tərksilah edilməsinin zəruri olduğu bildirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

OXŞAR XƏBƏRLƏR
DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq

DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq

Paşinyan: Müstəqillik, yoxsa əyalətə çevrilmək istədiyimizə qərar verməliyik

Paşinyan: Müstəqillik, yoxsa əyalətə çevrilmək istədiyimizə qərar verməliyik

Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb

Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb

XƏBƏR LENTİ
  • 15:11

    Sabah hava meteohəssas insanlar üçün necə olacaq?
  • 14:55

    Türkiyə XİN Qurani-Kərimi hədəf alan hücumlara münasibət bildirib
  • 14:35

    ABŞ-da atışma olub, 3 nəfər ölüb
  • 14:11

    MN Xocavənddə müsadirə edilmiş silah-sursatın videosunu yayıb
  • 14:07

    Türkiyə Ordusu 5 terrorçunu zərərsizləşdirib
  • 13:49

    DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq
  • 13:46

    Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
  • 13:29

    Sabah bəzi rayonlara qar yağacaq
Menyu