http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov: Ərazilərimizdəki 10 mindən yuxarı erməni silahlısı tərksilah edilməlidir

17 Sentyabr 2023 , 14:46
Ceyhun Bayramov: Ərazilərimizdəki 10 mindən yuxarı erməni silahlısı tərksilah edilməlidir

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb.

Ermənistan Baş naziri Nikol Paşinyanın 2 Sentyabr tarixində qondarma rejimə ünvanladığı təbrikin onun tərəfindən Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi barədə bəyanatlarla tam ziddiyyət təşkil etdiyini vurğulayıb. Bununla yanaşı, Ermənistanın yaratdığı qondarma rejimin “seçki” adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib. Bölgədə ən böyük təhdidin 10 mindən yuxarı erməni silahlı qüvvələri olduğu xatılanıb, onların ərazilərimizdən çıxarılmasının və tərksilah edilməsinin zəruri olduğu bildirilib.

OXŞAR XƏBƏRLƏR
Xəzərsahili dövlətlərin xarici işlər nazirləri görüşəcək

Xəzərsahili dövlətlərin xarici işlər nazirləri görüşəcək

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

XƏBƏR LENTİ
  • 00:18

    "Azərbaycanın ən parlaq ulduzu" mükafatının qalibləri bəlli olub
  • Dünən
    23:55

    Rusiyada hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər
  • Dünən
    23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • Dünən
    23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • Dünən
    23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • Dünən
    23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • Dünən
    23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • Dünən
    22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
Menyu