http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

İtkin düşmüş şəxslərdən 15 nəfərin taleyi müəyyən edilib

17 Sentyabr 2023 , 14:55
İtkin düşmüş şəxslərdən 15 nəfərin taleyi müəyyən edilib

"İtkin düşmüş bəzi şəxslərin taleyinin müəyyən edilməsi bizim üçün əhəmiyyətli hadisədir".

"Operativ Media" xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, 15 nəfərin taleyi müəyyən edilib: "Həmin şəxslərin taleyinin müəyyən edilməsi Azərbaycanın vətəndaşlarına verdiyi dəyəri göstərir".

Qurum rəsmisi diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra da ermənilər itkin düşmüş şəxslərlə bağlı bizimlə əməkdaşlıq etmir: "Onlar bizə kütləvi məzarlıqların koordinatlarını vermirlər. Halbuki bu məlumatlar erməni cinayətkarlarında var".

H. Mikayıllının fikrincə, kütləvi məzarlıqların yerinin hələ də gizli saxlanılmasının heç bir hərbi əsası ola bilməz. O vurğulayıb ki, Ermənistan tərəfi bu məsələdə də destruktiv mövqe sərgiləyir.

OXŞAR XƏBƏRLƏR
Lavrov: Qarabağı tərk etmək istəyənlərin qarşısını ala bilmərik

Lavrov: Qarabağı tərk etmək istəyənlərin qarşısını ala bilmərik

Azərbaycanla Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq müzakirə edilib

Lavrov: KTMT-dən çıxmaq Ermənistanın suveren seçimidir

Lavrov: KTMT-dən çıxmaq Ermənistanın suveren seçimidir

XƏBƏR LENTİ
  • 10:57

    Xudatda narkotik satan dəstə üzvləri saxlanılıblar
  • 10:54

    Kapital Bank-da İT mütəxəssisləri üçün iş imkanı 
  • 10:52

    Oktyabrın 10-da Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək
  • 10:25

    Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib
    Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib
  • 10:19

    Azərbaycanlı hakim Avropa Liqası matçına təyinat aldı
  • 10:03

    ÇL: "Qalatasaray" "Mançester Yunayted" səfərində
  • 09:58

    Avropanın ən məşhur avtomobilləri hansılardır?
  • 09:49

    Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub
Menyu